...

Bakı-Milan yeni aviareysi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2005 12:39 (UTC +04:00)

Noyabrın 21-də "Azərbaycan Hava Yolları" (AZAL) Dövlət Konserni tərəfindən Azərbaycanla İtaliya arasında Bakı-Milan yeni aviareysi açılıb. DK-dən Trend ə verilən məlumata görə, "AZ19" aerobusu səhər saat 07:10-da Heydər Əliyev adına Bakı beynəlxalq hava limanından Milana uçub.

Tədbirdə AZAL, Azərbaycanın Nəqliyyat Nazirliyi və KİV nümayəndələri iştirak edib. Milan hava limanında da yeni aviareysin açılışına həsr olunmuş tədbir keçiriləcək.

Tədbir "AZ19" aerobusunun Bakıya qayıtmasından sonra başa çatacaq. O, noyabrın 21-də saat 19:30-da Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında yerə enəcək.

Xəbər lenti

Xəbər lenti