...

Heydər Babayev: İqtisadi İnkişaf nazirliyində struktur dəyişiklikləri ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 14:24 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf nazirliyində struktur dəyişiklikləri ediləcək. Trend xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. O qeyd edib ki, bu strukturu dəyişə bilən insan prezident İlham Əliyevdir. Nazir bildirib ki, onlar tərfindən təkliflər hazırlanıb və prezidentə təqdim olunub.

H.Babayevin sözlrinə görə, nazirliyin təklifləri qəbul olunsa, bunun əsasında nazirlikdə ciddi dəyişikliklər ediləcək. Təkliflərin konkret olaraq nədən ibarət olduğunu açıqlamayan nazir bildirib ki, bu, prezidentin mövqeyinidən asılıdır.

H.Babayevin sözlərinə görə, regionların inkişaf proqramına bəzi dəyişikliklər ediləcək. "Çünki orada bəzi kampaniya xarakterli tədbirlər var. Burada nəzərdə tutulan bütün tədbirlər həyata keçirilir. Dəyişikliklər edilən məsələlər isə daha praktik tədbirlərlə əvəz olunacaq".

Nazir Azərbaycanın ümumdünya ticarət təşkilatına qoşulması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu təşkilata qoşulmaq üçün ölkələrlə ikitərəfli danışıqlar aparmaq lazımdır və bu danışıqlar artıq başlanıb. "Təşkilatın üzvü olan iki ölkə ilə danışıqlar aparılıb və ümumi nəticəyə gəlinib. Hazırda özümüz müvafiq qanunvericilik üzərində təhlillər aparırıq, çünki qanunvericiliyiə bəzi dəyişikliklər etmək lazımdır", - deyə H.Babayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti