"Bank of Baku"nun "Unudulmaz Yeni il" depozit kampaniyasının baş mükafatının qalibləri müəyyən olunub. Trend in bankın press-relizinə istinadən xəbər verdiyi kimi, bu kampaniyanın iştirakçıları arasında 3 əmanətçi super mükafatın sahibi olub. Onlar Berlin, Praqa və Moskvaya ikinəfərlik bilet qazanıblar. Kampaniyanın qalibləri Adilov Namiq Adilxan oğlu (Berlin şəhəri), Əliyeva Mənsurə Hüseyn qızı (Praqa şəhəri) və Osmanov Həmzə Məhəmməd oğludur (Moskva şəhəri).
Qaliblərin müəyyən edilməsi məqsədilə xüsusi komissiya yaradılmışdı. Komissiya üzvləri mətbuat, bank assosiasiyası, "Dərviş" turizm agentliyi, həmçinin, "Azər-Asiya" sığorta şirkətinin nümayəndələrindən ibarət idi.
Bu gün bank Azərbaycanın ən yaxşı özəl banklarının beşliyinə daxildir. Onun depozitlərinin ümumi həcmi dekabrın 1-də 230 mlrd manat təşkil edib.