...

Azərbaycanda "quş qripi"nin müəyyən edilməsi ilə bağlı beşinci monitorinq başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 17:29 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin müəyyən edilməsi ilə bağlı növbəti beşinci monitorinq başa çatıb. Kənd təsərrüfatı nazirliyi yanında dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov Trend ə bildirib ki, monitorinq dekabrın 19-da başlayıb.

Onun sözlərinə görə, hazırda keçirilən tədbirlər əsasında laboratoriya şəraitində qanın monitorinqi aparılır. "Amma ilkin nəticələrə əsasən Azərbaycanda bu xəstəliyin yaranması üçün heç bir təhlükə yoxdur" -deyə Xidmətin nümayəndəsi bildirib.

Monitorinq Baytarlıq Xidməti, səhiyyə, ekologiya və təbii sərvətlər nazirlikləri, AMEA Zoologiya institutu və Azərbaycanın ovçular Cəmiyyətinin mütəxəssislərinin daxil olduğu xüsusi Komissiya tərəfindən aparılır.

Öz növbəsində, AR ekologiya və təbii sərvətlər nazirliyi "quş qripi"nin ölkəyə keçməsinə yol verilməməsi ilə bağlı tədbirlər həyata keçirir. Bu istiqamətdə Cənub-şərqi Asiya, Rusiya və Qazaxıstanda "quş qripi"nin yayılması ilə bağlı olaraq köçəri quşların qan təhlilinin aparılması məqsədilə ölkədə ova qadağa müddəti uzadılıb.

Xəbər lenti

Xəbər lenti