...

QDTİB UniBank-a ilk tranşı açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 15:38 (UTC +04:00)

UniBank Qara dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) kredit xətti ilə $700 min həcmində ilk tranş alıb. Trend bankın məlumatına istinadən bildirir ki, bu tranşın vəsaiti hesabına iki layihə - $200 min həcmində yeyinti məhsullarının ixracı layihəsi və avtomobil idxalı sahəsində $500 min dəyərində layihə maliyyələşdiriləcək.

UniBank Azərbaycanın QDTİB-dən ticarət maliyyələşdirilməsi xətti ilə vəsait almış ilk fərdi bankıdır. QDTİB tərəfindən müddətsiz revolver kredit xətti banka QDTİB-in üzvü olan ölkələrlə ticarət münasibətlərinin inkişaf etdirilməsi üçün təqdim edilib. Kredit xəttinin ümumi həcmi $3 mln. təşkil edir, vəsaitin ayrılmasına dair saziş isə 2005-ci ilin noyabrın 28-də imzalanıb.

Azərbaycanın banklarından QDTİB-in kredit ehtiyatlarından istifadə edən ilk bank Beynəlxalq bank olub. Artıq Azərbaycanın mikromaliyyələşdirmə bankına daha bir kredit xətti açılmasına dair razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti