...

Gürcüstanın Dəmir Yolu İdarəsi istismara yararlı 7 min yük vaqonuna malik olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 16:41 (UTC +04:00)

Gürcüstanın Dəmir Yolu İdarəsinin inventar parkına bərpa olunmuş və istismara yararlı vaqonlar gətirilib. Trend in xəbər verdiyi kimi, bu barədə Gürcüstan Dövlət Dəmir Yolu idarəsinin məlumatında bildirilir. Dəmir yolunun vaqon deposunda yük vaqonlarının 2005-ci ilin sonunda başlamış əsaslı təmiri davam edir ki, bununla da onların yararlılıq müddəti uzanır.

Gürcüstanın Dəmir Yolu İdarəsi ilin sonuna kimi 800 yük vaqonunu əsaslı təmir etməklə onların istismar müddətini uzatmağı planlaşdırır ki, bu da Gürcüstanın Dəmir Yolu İdarəsinə məxsus istismara yararlı vaqonların sayını 7000-ə çatdırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti