...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2006 17:26 (UTC +04:00)

Ötən həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi 0,0001% möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,91282 manat səviyyəsində müəyyən edilib.

Trend in xəbər verdiyi kimi, ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi 27-28 fevralda ( 1 ABŞ dolları 0,9130 manat olmaqla), minimum - 3 martda (1 ABŞ dolları 0,9124 manat) müəyyən edilib.

Manatın 1 ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

20 fevral

0,9138

27 fevral

0.9130

21 fevral

0,9136

28 fevral

0.9130

22 fevral

0,9134

1 mart

0.9128

23 fevral

0,9133

2 mart

0.9129

24 fevral

0,9133

3 mart

0.9124

Həftə ərzində orta

0,91348

Həftə ərzində orta

0,91282

Ötən həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı banklararası valyuta birjasının (BBVB) hərracının yekunlarına görə müəyyən edilmiş birja məzənnəsi 0,0003% artıb. Orta məzənnə 1 ABŞ dollarına 0,91266 manat səviyyəsində müəyyən edilib.

Ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi 28 fevralda və 1 martda (1 ABŞ dolları 0,9128 manat olmaqla), minimum - 3 martda (1 ABŞ dolları 0,9124 manat) müəyyən edilib.

Ötən həftə BEST-də valyutalaşdırma ilə əlaqədar sazişlər bağlanıb. Fevralın 27-də dövriyyə $5 mln (orta müadilə məzənnəsi 0,9127AZN/USD), fevralın 28-də $2,962 mln (0,9128 AZN/USD), martın 1-də $0,550 mln (0,9128 AZN/USD), martın 2-də - $2,100 mln (0,9126 AZN/USD), martın 3-də isə $3,837 mln (0,9124 AZN/USD) təşkil edib.

Martın 2-də Rusiya valyutası ilə 540 min rubl məbləğində (orta mubadilə məzənnəsi - 0,0326 AZN/RUB), fevralın 28-də isə Avropa valyutası ilə 10 min avro (1,0838 AZN/EUR) məbləğində sazişlər bağlanıb.

Həmin dövrdə özəlləşdirmə pa ylarıünın qiyməti dəyişməyib və 10 manat səviyyəsində olub.


Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

20 fevral

0,9138

27 fevral

0,9127

21 fevral

0,9136

28 fevral

0,9128

22 fevral

0,9134

1 mart

0,9128

23 fevral

0,9133

2 mart

0,9126

24 fevral

0,914

3 mart

0,9124

Həftə ərzində orta

0,91343

Sredniy za nedelö

0,91266

Xəbər lenti

Xəbər lenti