...

Azərbaycanın Maliyyə Nazirliyində ƏDV üzrə hesablama-fakturaların hazırlanması ilə bağlı tender təkliflərinin açılması keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 14:37 (UTC +04:00)

Mayın 11-də Azərbaycanın Maliyyə Nazirliyində ƏDV üzrə hesablama-fakturaların hazırlanması ilə bağlı tender təkliflərinin açılması keçirilib. Trend in verdiyi məlumata görə, tenderdə 3 şirkət: Elnar Ltd, Caspian Supplier və Chashioglu iştirak edib.

Elnar Ltd işləri 168 min AZN, Caspian Supplier - 240 min AZN (iyul-avqusta kimi), Casioglu - 166380 AZN (may ayından avqusta kimi) həyata keçirməyi təklif edib.

İndiyə kimi lisenziyaya malik olan müxtəlif şirkətlər ƏDV üzrə hesablama fakturalarını özləri çap edirdilər. Bundan sonra Maliyyə Nazirliyi bu məsələnin həllini mərkəzləşdirməyi qərara alıb və hesabların müstəqil hazırlanması üzrə tender elan edib.

Mayın 12-də MN-nin tender komissiyası tenderə yekun vuraraq onun qalibini elan edəcək.

Xəbər lenti

Xəbər lenti