...

Azərbaycanın iqtisadi inkişaf naziri Azərbaycan-İran İnvestisiya Fondunun yaradılması ideyasını dəstəkləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2006 12:11 (UTC +04:00)

İyunun 2-də Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev İranın sənaye və mədən naziri Əlirza Təhmasebinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend in nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, görüşdə H.Babayev ölkədəki makroiqtisadi vəziyyət, əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri barədə qonağa məlumat verib. İki ölkə arasındakı iqtisadi əməkdaşlığa toxunan nazir qeyd edib ki, 1993-2005-ci illərdə İran iş adamları Azərbaycanın iqtisadiyyatına $356 mln sərmayə qoyub. Onun sözlərinə görə, Azərbaycan İranla əməkdaşlığa böyük əhəmiyyət verir. Birinci rübdə qarşılıqlı ticarət əməliyyatının həcminin 89,7% artaraq $84,6 mln təşkil etməsi idə buna dəlalət edir.

Ə.Təhmasebi İranın da Azərbaycanda sement istehsalının təşkili sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Ötən il İranda sement istehsalının həcmi 80 mln. ton təşkil edib. O, kənd təsərrüfatı texnikasının (kombayn, traktor və s.) istehsalı, elektrik stansiyaları üçün turbinlərin quraşdırılması, metallurgiya və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. İranlı nazir bu məqsədlə müştərək İnvestisiya Fondunun yaradılmasını təklif edib.

Təklifi müsbət qarşılayan H.Babayev bu məqsədlə nazirlikdə işçi qrupunun yaradılacağını qeyd edib.

Səfər proqramı çərçivəsində iyunun 3-də qonaqlar "AZY -Samand LTD" müəssisəsində istehsalın təşkili ilə tanış olmaq üçün Şamaxıya gedəcək.

Xəbər lenti

Xəbər lenti