...

Gürcüstan Milli Bankının prezidenti Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2006 19:25 (UTC +04:00)

Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridze Qara dəniz regionu işguzar dairələri və beynəlxalq maliyyə institutlarının "Qara Dəniz Biznez Günü" konfransında iştirak edəcək. Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən təşkil olunan görüş iyunun 12-13-də Bakıda keçiriləcək.

Bankın yaydığı məlumatda deyilir ki, konfrans zamanı aşağıdakı sessiyaları keçirmək nəzərdə tutulub: maliyyə sektorunun iqtisadi inkişafda rolu; kənd təsərrüfatı və qida sahəsinə investisiyaların qoyulması; regionda infrastrukturun inkişafı.

Bankla əlaqələr qurmaq məsələsini müzakirə etmək üçün foruma həmçinin potensial müştərilər və sahibkarlar dəvət olunur.

Qara Dəniz Ticarət və İnkişaf Bankı regionda çoxtərəfli iqtisadi əməkdaşlığa layihə və ticarət kreditləşdirməsi vasitəsilə yardım etmək məqsədilə Qara Dəniz İqtisadi İnkişaf Təşkilatına üzv dövlətlər (Azərbaycan, Albaniya, Ermənistan, Bolqariya, Yunanıstan, Gürücstan, Moldaviya, Rusiya, Rumıniya, Türkiyə, Ukrayna) tərəfindən təsis olunub.

Bank fəaliyyətə 1999-cu ilin iyununda başlayıb. Bankın kredit portfelinin həcmi hazırda 700 mln dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti