...

QDTİB, "Kapitalbank", "Texnikabank" və "Azərdəmiryolbank" kredit sazişi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2006 19:46 (UTC +04:00)

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 4 Azərbaycan bankı üçün ümumi həcmi $10 mln. olan kredit xətti açmaq haqqında qərar qəbul edib. Trend agentliyinin məlumatına əsasən, bu barədə bankın prezidenti Hayrettin Kaplan bildirib.

Bu gün Bakıda 3 bank - "Kapitalbank", "Texnikabank" və "Azərdəmiryolbank"la $8 mln. həcmində kredit vəsaitinin verilməsi haqqında saziş imzalayıb.

"Kapitalbank" LIBOR +3% dərəcəsilə $4 mln., "Azərdəmiryolbank" $2 mln.alıb, "Texnikabank" isə LIBOR +2,5% dərəcəsilə $2 mln.alıb.

Bankın prezidentinin bildirdiyinə görə, "Respublika" bankına $2 mln.həcmində kreditin verilməsi haqqında sənəd yaxın günlərdə imzalanacaq ki, bu da sənədlərin hazırlanması zərurətindən irəli gəlir.

"Kapitalbank", "Texnikabank" və "Azərdəmiryolbank" üçün bu vəsait müxtəlif layihə və fiziki şəxslərin, "Respublika" bankı üçün isə ticarətin maliyyələşdirilməsi məqsədilə ayrılıb.

"Kapitalbank"ın idarə heyətinin sədri Rauf Rzayev deyib ki, hazırda pərakəndə satış üzrə kredit vəsaitlərindən istifadə məsələsi açıq qalmaqdadır. Onun sözlərinə görə, bank krediti 5%-lik marja ilə verəcək.

Xəbər lenti

Xəbər lenti