...

Unibank 2006-cı ilin birinci yarımili üzrə maliyyə göstəricilərinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2006 17:03 (UTC +04:00)

"UniBank" KB 2006-cı ilin birinci yarımili üzrə maliyyə göstəricilərinə yekun vurub. "UniBank"-ın aparıcı göstəriciləri üzrə 2005-ci ilin eyni zaman dövrünün nəticələri ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunur.

Trend in bankın məlumatına istinadən xəbər verdiyi kimi, bankın aktivləri 2005-ci ilin iyun ayı ilə müqayisədə 75,35% artaraq 96,8 mln. AZN təşkil edib ki, bu da 2006-cı ilin yanvar ayının 1-i üçün olan müvafiq göstəricidən 49,46% çoxdur.

Bankın kredit portfeli il ərzində 75% artaraq, 62,5 mln. AZN təşkil edib. Bu isə 2006-cı ilin yanvar ayının əvvəlinə olan göstəricidən 40,12% artıqdır.

2006-cı il iyul ayının 1-nə olan vəziyyətə görə, bank tərəfindən cəlb edilmiş depozitlərin həcmi 61,9 mln. AZN təşkil edib. Bu göstəricinin illik artımı 119,3%, 2006-cı il ərzində isə 48,37% olub.

Beş ayın nəticələrinə görə bankın gəliri 7 509 min AZN təşkil edib, bu ötən ilin həmin dövrünə nisbətən 63,67% artıqdır. Bankın balans gəliri 2005-ci ilin analoji dövrü ilə müqayisədə 27,1% artaraq 1 757 min AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti