...

Birinci yarımildə DGK 2415 hüquq pozuntsu qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2006 20:21 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2 415 hüquq pozuntusu qeydə alınıb. Trend DGK-ə istinadən xəbər verir ki, bunun 77-si cinayət xarakterli olub və 71 nəfər şübhəli qismində saxlanılıb.

Valyuta qaçaqmalçılığı aşkar edilmiş cinayətlər arasında çoxluq təşkil edib. Gömrük orqanları 1 kq 660 qram qızıl, 161 qızıl əşyası, $46 020 və 5 200 saxta dollar müsadirə edib.

Bu müddət ərzində qanunsuz narkotik maddələr mübadiləsilə əlaqədar 24 fakt qeydə alınıb. 11 kq 833,6 qram narkotik aşkarlanıb ki, bura 2 kq 746 qram tiryək, 8 kq 594 qram marixuana, 255 qram heroin, 7 qram həşiş daxildir.

2 338 inzibati pozuntu üzrə 510 hüquqi şəxs, o cümlədən, 171 xarici, 1830 fiziki şəxs, o cümlədən, 344 xarici, inzibati məsuliyyətə cəlb olunub. Bu faktlar üzrə 162627 manatdan çox cərimə tədbiq olunub, 19 526 manat həcmində əmlak müsadirə olunub.

Bu dövr ərzində gömrük orqanları tərəfindən 4 302 420 ədəd siqaret və 24 340 kq tütün məmulatı, 42 litr spirt, 1 062 spirtli içki müsadirə olunub.

DGK 65 kq balıq Kürüsü, 1 630 litr neft məhsulu, 1 740 ədəd pirotexnika vasitəsi, 16,5 kq Ermənistan istehsalı olan qəhvə və s. götürülüb.

Xəbər lenti

Xəbər lenti