...

Ukrayna "AvtoKrAZ"ı iyulda Azərbaycana 11 "KrAZ" markalı avtomobil satıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2006 18:56 (UTC +04:00)
Ukrayna "AvtoKrAZ"ı iyulda Azərbaycana 11 "KrAZ" markalı avtomobil satıb

"AvtoKrAZ" holdinq şirkəti 2006-cı ilin iyulunda Azərbaycana "KrAZ" markalı 11 avtomobil satıb. Bu barədə Trend şirkətə istinadən xəbər verir. İyulda şirkət 287 "KrAZ" markalı avtomobil satıb. Bunun 118-i -Rusiya, 43-cü - Ukrayna, 11-i Azərbaycan, qalanı isə Qazaxıstan, Belarus və Özbəkistanın payına düşüb.

Bu avtomobillər arasında özüboşaldan maşınlar 72%, ümumi təyinatlı maşınlar - 23%, yedəkçi maşınlar - 5% təşkil edib. Bununla yanaşı, "KrAZ-65055" markalı özüboşaldan maşınların istehsalı ötən ilin müvafiq dövrilə müqayisədə 3 dəfə artıb.

Şirkət avtomobil texnikasının istehsalını 20% artırıb. Müəssisənin əsas konveyerində 300 avtomobil yığılıb, əvvəlki ayla müqayisədə artım 107, 6% təşkil edib.

İyulda daxili bazarda 103 "AvtoKrAZ" satılıb. İlk dəfə olaraq bu rəqəm 100-ü keçib.

"AvtoKrAZ" şirkəti - böyük yük maşınlarının yeganə istehsalçısıdır. Avtomobillər texnikasının model sırasına 25 əsas model və 2,3,4-təkərli 150 modifikasiya daxildir.

Xəbər lenti

Xəbər lenti