Hazırda Azərbaycanda dənli bitkilərin yığım həcmi 1,904 mln. ton təşkil edir. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən xəbər veriblər. Yığım təxminən ümumi əkin sahəsinin 99%-də həyata keçirilib.
Bir hektardan götürülən məhsul 25 sentnerdən çoxdur.
Hazırda aran rayonlarda məhsul yığımı artıq başa çatıb, dağ və dağ ətəyi rayonlarda isə davam edir.
"Məhsul yığımı Gədəbəy, Yardımlı, Astara, Xızı və Naxçıvan MR-də həyata keçirilir" - deyə nazirlikdən bildiriblər.
2006-cı ildə Azərbaycanda dənli bitkilərin istehsal həcmi ilkin məlumatlara görə 2, 200 mln. ton səviyyəsində müəyyənləşdirilib. 1 mln. 600 min ton ərzaq taxılının payına düşür. Taxıl idxalı 500 min tondan aşağı deyil.
Hazırda Azərbaycanda dənli bitkilərə olan tələbat 3,400 min ton təşkil edir.