...

İran dünyanın müxtəlif ölkələrində 8 avtomobil zavodu tikməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2006 18:50 (UTC +04:00)

İran dünyanın müxtəlif ölkələrində "Samand" minik maşınlarının yığılması üzrə 8 zavod tikməyi planlaşdırır. Bu barədə İranın sənaye və mədənlər naziri Əli Rıza Təhmasibi belaruslu həmkarı Anatoli Rusetskini Tehranda qəbul edərkən bildirib.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, İran nazirinin sözlərinə görə, ötən ay Minskdə yerləşən birgə müəssisədə "Samand" markalı ilk maşınlar buraxılıb.

Yığma xəttinin gücünü qısa müddətdə ildə 6 mindən 60 minə qədər artırmaq olar. Ə.R.Təhmasibi bu layihəni iki ölkənin uğurlu əməkdaşlığının nümunəsi adlandırıb. Onun sözlərinə görə, bu, İrana məhsullarını Şərqi Avropa və Baltikyani ölkələrin bazarına daxil etməyə gözəl imkan verəcək.

Bundan başqa, Venesuella, Suriya, Seneqal və Çinlə də analoji müəssisələrin yaradılması haqqında razılıq əldə olunub. İran nazirinin fikrincə, bu planların həyata keçirilməsi İrana Cənubi Amerika, Yaxın Şərq, Qərbi Afrika və Şərqi Asiya bazarlarında iştirakını gücləndirməyə köməklik göstərəcək.

İki ölkə naziri arasında bu gün Tehranda keçirilmiş danışıqlar zamanı vurğulanıb ki, İranla Belarus arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün heç bir siyasi və ya iqtisadi maneə yoxdur.

Xəbər lenti

Xəbər lenti