...

Sığorta şirkətlərinin – Azərbaycan İpoteka Fondu agentlərinin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2006 11:07 (UTC +04:00)

Azərbaycan İpoteka Fondu (AİF) ipoteka kreditləşməsi üzrə xidmətlər göstərən sığorta şirkətlərinin siyahısını genişləndirib. Trend in Xalq Sığorta şirkətinin məlumatına istinadən xəbər verdiyi kimi, bu sığorta şirkəti AİF vasitəsilə ipoteka kreditləşməsi bazarının iştirakçıları olan şirkətlərin siyahısına daxil edilib.

Hazırda Xalq Sığorta müştərilərə 20-dən artıq sığorta xidmətləri təklif edir. Şirkət 2004-cü ilin dekabrında yaradılıb və nizamnamə kapitalı 2 mln AZN təşkil edir.

AİF vasitəsilə kreditləşmə prosesinin başlanmasından bəri ipoteka ilə sığorta xidmətləri göstərmək üçün 7 sığorta şirkəti seçilib. Bunlar "Azərsığorta" dövlət sığorta kommersiya şirkəti, Beynəlxalq sığorta şirkəti, Atasığorta, Ateshgah, Bashak-Inam, MBASK və Standard İnsurance şirkətləridir.

Xəbər lenti

Xəbər lenti