...

2006-cı ildə Azərbaycanın dövlət büdcəsinə dövlətin iştirak payı ilə 120 SC üzrə dividendlər ödəniləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2006 16:01 (UTC +04:00)

2006-cı ilin əvvəlindən özəlləşdirmə prosesi çərçivəsində Xüsusiləşdirilmiş hərracların təşkili üzrə Auksion mərkəzində səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə təxminən 40 hərrac keçirilib. Trend Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsinin press-relizinə istinadən xəbər verir ki, həmin hərraclarda təxminən 120 səhmdar cəmiyyətin səhmləri satılıb. Səhmlərin satışından dövlət büdcəsinə 4 mln. manat köçürülüb.

Dövlət komitəsi həmçinin dövlət paylarının səmərəli idarə olunması və səhmdar cəmiyyətlərin fəaliyyətinin nizama salınması üzrə tədbirlər keçirib. Əmlakın inventarlaşdırılması üzrə məhz 600-dən artıq maliyyə hesabatı və akt təhlil edilib. Dövlət payına dair dividendlərin artırılması, dövlətə məxsus SC-lərdə səhmlərin idarə olunması, dövlət nümayəndələrinin nəzarət və idarə orqanlarında iştirakının təmin edilməsi, həmçinin səhmdarların yığıncağının vaxtında keçirilməsi üzrə məsələlər diqqət mərkəzindədir.

İşlərin nəticələrinə görə 55 SC-də səhmdarların ilk ümumi yığıncaqları keçirilib, həmçinin dövlət büdcəsinə 120 SC-də dövlət payı üzrə dividendlər ödənilib.

Xəbər lenti

Xəbər lenti