...

9 ay ərzində 930 avtoxuliqan qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2006 14:10 (UTC +04:00)

Azərbaycanda 2006-cı ilin 9 ayı ərzində 930 avtoxuliqan qeydə alınıb. Bu barədə Trend ə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Avtoxuliqanlıq hərəkətlərinin böyük hissəsi paytaxt ərazisində müşahidə olunub. Avtoxuliqanlar barədə müvafiq sanksiyalar tətbiq olunub.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat və təşviqat şöbəsinin rəisi Vaqif Əsədovun isə sözlərinə görə, avtoxuliqanlığın artmasını nəzərə alan müvafiq qurumlar bunun qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirmək fikrindədir. Bu tədbirlərdən biri paytaxdan kənar ərazidə avtovobil həvəskarları üçün xüsusi yerin ayrılmasıdır.

Xəbər lenti

Xəbər lenti