Son illər Azərbaycanda inşaat sahəsinin sürətlənməsi inşaat texnikası və materiallarının xaricdən idxalına da müsbət təsir göstərib. Trend in xəbərinə görə, oktyabrın 11-də bu barədə jurnalistlərlə söhbətində Azərbaycanın Ticarət Sənaye palatasının prezidenti Süleyman Tatlıyev məlumat verib.
"Azərbaycanda bütün sahələrə olduğu kimi inşaat sahəsinin inkişafına da geniş şərait yaradılıb. Hazırda Azərbaycana dünyanın ən iri şirkətləri tərəfindən inşaaat texnikaları gətirilməkdədir. Bu da inşaat materiallarının təqdimatları ilə bağlı müxtəlif sərgilərin keçirilməsinə zərurət yaradır. Bu gün başlanan və 3 gün davam edəcək Daşınmaz Əmlak Sərgisi də belə sərgilərdəndir. Sərgi inşaat texnikalarının satışına müsbət təsir göstərən amillərdən biridir" - deyə S.Tatlıyev bildirib.