2006-cı ilin yanvar- sentyabr aylarında keçən ilin analoji dövrü ilə müqayisədə Azərbaycan və Belarusiya sənayenin artım tempinə görə müvafiq olaraq 39,2% və 12,2 % olmaqla MDB ölkələri arasında liderlik edir. Bu haqda Trend PRAYM-TASS-a istinadən bildirib.MDB Dövlətlərarası Statistika Komitəsinin verdiyi məlumata görə, Rusiyanın sənaye istehsalı 4,2% artıb. Beləliklə, Rusiya sənayenin artım tempinə görə MDB ölkələri arasında 6-cı yeri tutub.
2006-ci ilin ilk doqquz ayının nəticələrinə görə sənaye məhsullarının istehsalının azalması Qırğızıstanda 11,4%, Moldovada- 7%, Ermənistanda 1,6% qeydə alınıb. 2006-cı il yanvar- sentyabr aylarında inflasiyaya görə birinci yerdə Moldova durur - 9,1%. Tacikistan istehlak qiymətlərinin 9% artım səviyyəsilə ikinci, Rusiya isə 7,2% artımla üçüncü yeri tutub.