...

İordaniya höküməti Bakı və Əmman arasında aviareys açmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 17:27 (UTC +04:00)

İordaniya höküməti Bakı və Əmman arasında aviareys açmağı planlaşdırır. Bu barədə Trend ə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib.

Onun sözlərinə görə, bu məsələnin müzakirə olunması məqsədilə dekabrın 26-da İordaniya dövlət aviasiya şirkətinin nümayəndə heyəti Bakıya səfər edəcək. Danışıqlar "Azərbaycan Hava Yolları" Dövlət konserninin rəhbərliyi ilə aparılacaq. Tərəflər layihənin texniki tərəflərini nəzərdən keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti