...

AYİB Bank of Bakunun genişlənməsini dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 11:17 (UTC +04:00)

AYİB 5 milyon ABŞ dolları həcmində birgə maliyyələşdirmə mexanizmi vasitəsilə Bank of Bakunun genişləndirilməsi və müxtəlifləşdirilməsinə dəstək verir.

Bank of Baku iki yerli özəl bankların birləşməsi nəticəsində 2005-ci ildə təsis edilib və bü gün məcmu aktivlərinin həcminə görə Azərbaycanın yeddinci ən böyük bankıdır.

Birgə maliyyələşdirmə mexanizmi özəl Azərbaycan şirkətlərinə kreditlərin verilməsi üçün istifadə olunacaq. AYİB həm də risklərə şərik olacaq.

AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Aygen Yayıkoğlu bildirib ki, Bank of Bakunun maliyyələşdirilməsi Azərbaycanda özəl bankların və özəl sektorun inkişafı üçün AYİB tərəfindən dəstəyin təmin edilməsinə yardım edəcək.

Özəl banklar üçün daha üzun müddətli maliyyələşdirmə çox az hallarda müşahidə olunur və özəl şirkətlər tərəfindən kreditlərin və digər maliyyə vəsaitlərinin alınmasında məhdudiyyətlər mövcuddur. Azərbaycanın bank sektorunun gücləndirilməsi ümumilikdə bütün iqtisadiyyat üçün faydalı olacaq.

"Mən Bank of Bakunun adından AYİB-ə bizim bankın, bank sektorunun və ümumilikdə iqtisadiyyatın inkişafını davamlı olaraq dəstəklədiyi üçün öz dərin minnətdarlığımı bildirirəm və bu dəstəyi çox yüksək qiymətləndirirəm. Bu xüsusi təşəbbüs bizə korporativ müştərilərimizin sayının çoxalmasını stimullaşdırmaqda və səylərimizi iqtisadiyyatın qeyri-neft sektorunun maliyyələşdirilməsinə yönəltməkdə yardım edəcək", - deyə strateji planlaşdırma və strateji inkişaf məsələləri üzrə vitse-prezident Əfqan İsayev qeyd edib.

Bü günə kimi, AYİB Azərbaycanda ümumi dəyəri 900 milyon ABŞ dollarından artıq 53 investisiya sazişi imzalayıb. Bank öz səylərini güclü maliyyə sektorunun inkişafına, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və özəl qeyri-neft sektorunun inkişafına yönəldib.

Xəbər lenti

Xəbər lenti