...

Bakı-Naxçıvan marşrutu üzrə avia uçuşlar bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 18:41 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında hava şəraiti ilə bağlı vəziyyət normallaşıb və Naxçıvan aeroportu təyyarələrin qəbulunu bərpa edib. Bu barədə Trend ə AZAL Dövlət konsernindən məlumat verilib.

Bu gün axşam AZAL Dövlət konserni Naxçıvan muxtar respublikasına reysləri bərpa edəcək.

"Hazırda sərnişinlər dünən saxlanılmış reyslərlə göndərilir", - deyə AZAL-dan məlumat verilib.

Dünəndən bütün altı reys dayanıb. Hər gün Bakıdan NMR-ə altı reys həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti