...

Azərbaycanın İqtisadi inkişaf və Maliyyə nazirlikləri 2007-ci ilə investisiyalar dövlət proqramı çərçivəsində layihələrin razılaşdırılmasını başa çatdırıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2006 20:36 (UTC +04:00)

Azərbaycan İqtisadi iNkişaf nazirliyi dünən Maliyyə nazirliyi ilə 2007-ci ilə investisiyalar dövlət proqarmına qoşulacaq sonuncu layihənin razılaşdırılmasını başa çatdırıb.

Trend in iqtisadli inkişaf naziri Heydər Babayevin məlumatına istinadən verdiyi xəbərə görə, tələblərdən asılı olaraq ona dəyişikliklər edilə bilər.

"Bizə elə gəlir ki, onda ölkə başçısının, hökümət rəhbərinin bütün tələbləri nəzərə alınıb. Layihələrin siyahısnın hazırlanması artıq bitmək üzrədir və yaxın günlərdə Nazirlər kabinetinə təqdim olunacaq"-deyə nazir qeyd edib.

Dövlət investisiyaları üçün dövlət büdcəsində 1547 mln manat ayrılıb, sənayenin inkişafı və tikinti fəaliyyətinin dəstəklənməsi məqsədilə 1569 mln manat ayrılıb. 2007-ci ilin dövlət büdcəsində ilkin olaraq Nəqliyyat nazirliyi üçün 98 mln. manat həcmində məqsədli fond ayrılıb ki, bu avtomobil yollarının yenidən qurulmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti