...

Bakı banklararası valyuta birjasının hərraclarının həcmi tarixi maksimuma çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 16:11 (UTC +04:00)

Bakı banklararası valyuta birjasının (BBVB) valyuta seksiyasının hərraclarının həcmi yenə də bütün fəaliyyət dövründə tarixi maksimuma çatıb. Trend BBVB-nin məlumatına istinadən xəbər verir ki, dekabrın 28-də hərracların birja elektron sistemində qeydiyyatdan keçmiş sazişlərin həcmi ilk dəfə olaraq 108,499 mln. manat və ya 124,505 mln. ABŞ dollarına çatıb. Hərraclarda 10 bank iştirak edib, 14 saziş qeydə alınıb.

Səhər və günorta keçirilən hərrac sessiyalarının yekunlarına görə, Azərbaycan manatının məzənnəsi 1 ABŞ dollarına görə 0.8714 qəpik təşkil edib.

Ayın əvvəlindən BBVB-nin valyuta seksiyasının hərraclarının həcmi dollar ekvivalentində artıq 340,5 mln. ABŞ dollarını ötüb, bu da həmçinin maksimal aylıq göstəricidir. Bu il HBES sistemində sazişlərin ümumi həcmi artıq 1,8 mlrd. ABŞ dollarına çatıb. Bu, BBVB-nin bütün fəaliyyət dövrü ərzində dövriyyəsinin ən yüksək göstəricisidir.

Hərracların həcm xarakteristikalarının artımı xarici valyutanın təklif həcmlərinin prioriteti və valyuta bazarının birja seqmentində manatın satılmasının xeyli artması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti