...

Azərbaycan Nazirlər Kabineti İİB ilə yeni əməkdaşlıq poqramının təşkili üçün Səhiyyə Nazirliyinin qərarını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2006 12:12 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti praktiki olaraq İslam İnkişaf Bankı ilə əməkdaşlıq üzrə yeni proqrama müvafiq olaraq nazirlik və ölkə idarələrinin təkliflərinin toplanmasını başa çatdırıb. Nazirlər Kabinetindən Trend ə verilən xəbərə görə, proqrama daxil olacaq layihələr siyahısını formalaşdırılmasını başlamaq üçün Səhiyyə Nazirliyindən təkliflər almaq qalıb.

Proqramm 2007-2009-cu illəri əhatə edir. Hər il 3-4 layihənin qoşulması nəzərdə tutulur və hazırda düz 15 layihəyə baxış keçirilir.

Əsasən onlar infrastruktur - yol tikintisi, energetika, su təsərrüfatı, maliyyə sektoru, kənd təsərrüfatı, səhiyyə sahəsində olacaq.

İslam Bankının əvvəlki şərtləri qorunub və ölkə hər il bankdan bir güzəştli, iki kommersiya krediti və bir-iki qrant ala bilər. Bununla bağlı olaraq, bu kriteriyalara düşən layihələri müəyyənləşdirmək lazımdır. Ölkə üçün güzəşt maliyyələşdirlilməsi məsələsi artıq əvvəlkindən kiçik miqdarda nəzərdə tutulur ki, bu da Azərbaycanda iqtisadi artım tempi ilə izah olunur.

İİB və Azərbaycan arasındakı proqram hər il nəzərdən keçirilir, belə ki, ölkəyə prioritetləri müəyyənləşdirmək və proqrama dəyişikliklər etmək hüququ verilir. Bu il bank bu təcrübədən uzaqlaşıb, yeni proqram hazırlanır.

Xəbər lenti

Xəbər lenti