...

Azərbaycan və İordaniya hava nəqliyyatı sahəsində razılaşma imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2007 16:37 (UTC +04:00)

Xarici KİV-lərə istinadən Trend xəbər verir ki, İordaniyanın mülki aviasiya rəhbəri Avni Momani bildirib ki, Azərbaycan mülki aviasiya rəhbərliyi ilə "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb.

Razılaşma iki ölkə arasında hava əlaqəsinin liberallaşdırılması haqqında tərəflər arasında danışıqlar bitdikdən sonra imzalanıb.

Razılaşmaya əsasən, Azərbaycan və İordaniya ölkələr arasında hava əlaqəsini məhdudiyyətsiz həyata keçirə bilərlər. Avni Momani qeyd edib ki, razılaşma iqtisadiyyat, ticarət, investisiya və turizmin inkişaf etdirilməsi məqsədilə iki ölkə tərəfindən qəbul olunmuş liberallaşma siyasəti çərçivəsində imzalanıb. Danışıqlar çərçivəsində tərəflər həmçinin 1993-cü ildə imzalanmış hava xidmətlərinə dair razılaşmanın yenidən işlənməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti