...

Tender monitorinqi mərkəzi Azərbaycanın "Dövlət satınalmaları barədə" qanununa düzəlişləri ictimaiyyətə təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2007 20:00 (UTC +04:00)

Bu gün "Tender monitorinqi" ictimai Birliyi "dövlət satınalmaları" qanuna dəyişikliklərin təqdimetmə mərasimini keçirib. Bu barədə Trend xəbər verir. Mərkəzin mütəxəssisi Müzəffər Baxışovun məlumata görə, ictimai müzakirələrdən sonra yaxın vaxtlarda qanun layihəsi Milli Məclisə göndəriləcək. Hazırda təkliflər satınalmalar üzrə Dövlət Agentliyinə göndərilib.

İlk təklif tenderdə iştirak etmək üçün ödənişlərin ləğvi olacaq, buna müvafiq olaraq ödənişlər yalnız tenderin qalibi tərəfindən olunacaq.

M. Baxşıyevin sözlərinə görə, Gövlət Agentliyi onun saxlanılmasının vacibliyini tenderdə iştirak edənlərin sayının məhdudlaşdırılması ilə izah edir. Qüvvədə olan qanuna görə, iştirak üçün ödənişlərin ümumi məbləği tender predmetinin dəyərinin 0,5%-i ölçüsündə müəyyənləşə bilər və 1,5 qatlı ölçünü ötə bilməz.

Mərkəz satınalma sazişlərinə dövlət reqestrinin tətbiq olunmasını təklif edir, belə ki, hazırda onlar heç bir orqan tərəfindən qeydiyyyata alınmır.

Növbəti təklif nəzarət üzrə Dövlə Agentliyinin səlahiyyətlərinin artırılması və nəzarətçiyə dövlət vəsaitləri hesabına malların satınalınması üzrə razılığın yerinə yetirilməsinə və bütün üsullarla satınalmaların qanuniliyinə nəzarət etmək hüququ verilsin. Belə ki, hazırda agentliyin yalnız müsabiqə əsasında malların satınalınmasının qanuniliyinə nəzarət etmək səlahiyyəti var. Qanuna məhkəmə orqanları vasitəsilə tenderin nəticələrinin ləğv olunması imkanlarının əlavə olunması təklif olunur, amma hazırda bu hüquq dövlət satınalmaları üzrə orqanlar üçün qorunur. Tender monitorinqi mərkəzinin qanunverici təklifləri "Açıq cəmiyyət institutu" Yardım Fondunun maliyyə dəstəyi ilə beynəlxalq hüquq və münasibətlər üzrə ictimai birliyin layihəsi çərçivəsində hazırlanır.

Xəbər lenti

Xəbər lenti