...

Azərbaycan avtomobil idxalını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 16:54 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 25 min 465 minik avtomobili idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən Trend xəbər verir ki, 11 ay ərzində gətirilmiş minik avtomobillərinin ümumi dəyəri 184 mln. 878,3 min ABŞ dolları təşkil edib.

Keçən il 11 ay ərzində respublikaya 2005-ci illə müqayisədə 0,6% artıq minik avtomobili gətrilib, bu avtomobillərin ümumi dəyəri isə 2005-ci ildə gətirilən avtomobillərin ümumi dəyər göstəricisindən 36,4% çox olub.

2006-cı ilin yanvarından Azərbaycana ümumi dəyəri 64 mln. 458,8 min ABŞ dolları olan 6 min 398 yük avtomobili gətirilib. 2005-ci illə müqayisədə bu say 1,3% az, dəyərcə isə 2005-ci il göstəricisindən 61,4% çox olub.

2006-cı il yanvarından noyabrına qədər Azərbaycana ümumi dəyəri 6 mln. 511 min ABŞ dolları olan 318 avtobus idxal edilib. 2005-ci illə müqayisədə respublikaya gətirilən avtobusların 10,9% , dəyərcə 32,9% az olub.

Xəbər lenti

Xəbər lenti