...

Azərbaycan və Gürcüstan ekspertləri bu gün kredit razılaşması barədə mətnin razılaşdırılmasını başa çatdırmalıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2007 15:48 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyindən Trend ə bildiriblər ki, bu gün Bakıda Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolunun açılması layihəsi üzrə kredit razılaşmasının mətninin müzakirəsi Azərbaycan və Gürcüstan ekspertlərinin görüşündə davam etdirilir.

Bu razılaşma üzərində iş artıq bir neçə gündür ki, davam etdirilir. Bu iclaslar çərçivəsində Azərbaycan dəmir yolu rəhbəri Arif Əsgərovun Gürcüstan dəmir yolu rəisi İrakliy Ezukbayla görüşləri olub.

Nazirlik nümayəndələri bildirib ki, Azərbaycan Gürcüstana 200 mln. dollar həcmində 1 faizli kredit təqdim edəcək. Bu kredit krediti alan qismində çıxış edən Gürcüstan təşkilatı tərəfindən əməliyyat xərcləri çıxmaq şərtilə gəlirlərdən alınan vəsait hesbına geri qaytarılacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin yaradılması layihəsi 98 km olan Qars-Axalkalaki qolunun tikintisini nəzərdə tutur, bu yolun 68 km Türkiyə ərazisinin, 30 km Gürcüstan ərazisinin payına düşür. Həmçinin Axalkalaki-Tbilisi sahəsində də müəyyən yenidənqurma işləri aparılmalıdır.

Xəbər lenti

Xəbər lenti