...

Rusiya Azərbaycandan "Kamaz"ın təkliflərinə baxılması prosesini sürətləndirməyi xahiş edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 17:55 (UTC +04:00)

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyi Rusiyanın "Kamaz" birliyinin təkliflərinə baxılması prosesini sürətləndirmək xahişi ilə ölkə hökumətinə müraciət edib. Bu barədə Trend xəbər verir.

2006-cı ilin avqustunda "Kamaz" rəhbərliyi Azərbaycan tərəfinə ölkə ərazisində "Kamaz" avtomobillərinin bir sıra modifikasiyalarının yığılması üçün istehsalat obyektlərinin yaradılması ilə bağlı təklif göndərib. İllik 1,5 min avtomobil istehsal həcmi ilə BM-in yaradılması yolu ilə yığımın həyata keçirilməsi nəzərdə tutulub.

Cümə axşamı RF-nin Azərbaycandakı ticarət nümayəndəliyinin başçısı Yuri Şedrinin verdiyi xəbərə görə, Azərbaycan və Rusiya tərəfləri arasında danışıqlarda fasilə yaranıb.

"Biz təqdim olunan təkliflərin Azərbaycan hökümətini qane edib- etmədiyini bilmirik. Əgər qane etmirsə, "Kamaz" danışıqlar masasına oturmağa hazırdır", - deyə o bildirib.

Onun sözlərinə görə, "Kamaz" öz təkliflərində BM-in işinin gəlirində 75% iştirak payı istəyib, 25% isə Azərbaycana qa lacaq. 8 mövqe üzrə "Kamaz" tarif, vergi və s. üzrə hər cür güzəşt istəyib.

"Bu, çox gərgin şərtlərdir, lakin Rusiya tərəfi danışıqlar zamanı kompromis həllər axtarmağa hazırdır", - deyə o bildirib.

Onun sözlərinə görə, danışıqların bu mərhələsində BM-in hansı müəssisənin bazasında yaradılıcağı hələ müəyyən olunmayıb.

"O, Gəncə avtomobil zavodunun bazasında olmayacaq", - deyə o bildirib. Layihəyə qoyulacaq vəsaitlərin həcmi hələ müəyyən olunmayıb.

Xəbər lenti

Xəbər lenti