...

Bakıda ilk dəfə olaraq Education & Carrier 2007 sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 18:25 (UTC +04:00)

Bakıda ilk dəfə olaraq Azərbaycan beynəlxalq "Karyera və Təhsil" (Education & Carrier 2007) sərgisi keçiriləcək. Tədbirin təşkilatçısı Iteca Caspian-a istinadən Trend ə məlumat verir ki, tədbir "Avropa" Qrand mehmanxanasında 27-29 sentyabr tarixində keçiriləcək.

Sərginin keçirilməsində əsas məqsəd - işəgötürənlər, təhsil institutları və gənclər arasında dialoqun inkişafı üçün platforma yaratmaq, istənilən təhsil formasının əldə olunması imkanlarının bütün sahələrini təqdim etmək, həmçinin məktəblilər üçün xarici təhsil, respublikada təhsil sahəsində sonuncu nailiyyətləri təqdim etmək və sahənin inkişafı üçün yeni məqsəd və vəzifələrin qeyd olunması, aktual məsələlərin müzakirəsi üçün forumun yaradılması ilə Azərbaycan və beynəlxalq ali təhsil müəssisələrinin təcrübə və ideya mübadiləsi aparmaq, yerli təhsil müəssisələrinin dünya təhsil sisteminə inteqrasiyasına kömək etmək, bununla da yerli məktəb və universitetlərdə təhsil alanların hazırlıq səviyyəsini artırmaq, iri işəgötürənlərin işə qəbul üçün vakansiya və tələblərini təqdim etmək imkanı vermək, ixtisaslaşdırılmış kadrlara olan tələbatı artırmaq üçün ali təhsi müəssisələrində və məktəblərdə təhsil səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq.

"Karyera və Təhsil" sərgisində rəsmi dəstəyi Azərbaycanın Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, gənclər, idman və turizm Nazirliyi, Azərbaycan Ticarət Palatası, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu verəcək.

Sərginin əsas şöbələri aşağıdakılardır:

Orta və ali təhsil;

Xaricdə təhsil;

Əlavə peşəkar təhsil;

İşə düzəlmə;

Xaricdə iş və təcrübə təklifi;

Personalın seçilməsi kompaniyası və bütün xidmət növləri;

Mədəni mübadilə proqramı və təhsillə bağlı tələbə və gənclərin səfərləri;

Xaricdə Azərbaycanın əmək məcəlləsi;

Elmi ədəbiyyat;

Təhsil sahəsində informasiya texnologiyaları;

Təhsil turizmi.

Sərgidə iştirakçılar qismində universitet və kolleclər, dil məktəbləri və kursları, özəl orta məktəblər, kadrlar agentlikləri, sığorta şirkətləri, transmilli şirkətlər, banklar, tələbə mübadiləsi ilə məşğul olan beynəlxalq təşkilatlar, bölgə və şəhərlərdə əhalinin məşğulluq xidmətləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti