...

Azərbaycan Dövlət Dəniz Administrasiyası IMO ilə birgə neftlə çirklənmənin qarşısının alınmasına dair seminar keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 13:35 (UTC +04:00)

Bu il Azərbaycan Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə birgə Bakıda Xəzəryanı region ölkələri üçün "Neftlə çirkləndirmənin qarşısının alınmasına və məlumat verilməsinə dair əməkdaşılıq" üzrə seminar keçirəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Dəniz Administrasiyasının başçısı Qüdrət Qurbanov bildirib.

Fevralın əvvəlində Dövlət Dəniz Administrasiyasının yaradılmasının bir illiyi qeyd edilib. Bunun əsası 2001-ci ildə prezident Heydər Əliyev tərəfindən qoyulub. Q.Qurbanov bildirib ki, keçmiş SSRİ respublikaları donamması ilə müqayisədə Azərbaycanda bu sahəyə böyük diqqət ayrılır. 1995-ci ildən Azərbaycan IMO-nun tərktbinə daxildir.

Balıqçılıq donamması məsələlərinə toxunaraq Administrasiya başçısı bildirib ki, hazırda Azərbaycanda balıqçılıq donamması kifayət qədər imkan və maddi bazaya malikdir. Bu prosesdə əsas rolu özəl sektor oynayır, belə ki, gəmilərin əksəriyyəti səhmdar cəmiyyətlərə, kiçik müssisə və fiziki şəxslərə aiddir. Q.Qurbanov qeyd edib ki, Azərbaycan Dövlət Dəniz Administrasiyası tərəfindən balıqçılıq limanlarında böyük işlər həyata keçirilib, lakin hələ çox işlərin görülməsinə də ehtiyac var.

Xəbər lenti

Xəbər lenti