...

Azərbaycan hökuməti QTİB-i ölkənin özəl sektorunu birbaşa maliyyələşdirməyə çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2007 18:11 (UTC +04:00)

Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Direktorlar şurası Salonnikidə keçirilən 55-ci toplantıda 2007-2010-cu illər üçün Azərbaycan üzrə strategiyasını təsdiq edib. Bankın ölkə üzrə direktoru, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun Trend ə verdiyi xəbərə görə, burada ölkənin iqtisadi uğurları öz əksini tapıb. "Strategiyada göstərilib ki, Azərbaycan iqtisadi inkişafın templərinə görə bütün Qara dəniz və Xəzər dənizi bölgəsinin ölkələrini geridə qoyur. Bu, o baxımdan mühümdür ki, bank 3 il ərzində öz kredit portfelini bütövlükdə iki dəfə artırmağı qarşısına məqsəd qoyub. Bu portfeldə Azərbaycana böyük rol verilir", - deyə M.Cabbarov bildirib.

Azərbaycan hökuməti strategiyada həmçinin göstərib ki, qeyri-maliyyə sektorunda QTİB-nin maliyyələşdirdiyi layihələrin sayı kifayət deyil. Ona görə də o, bank sistemi vasitəsilə kredit xətlərinin ayrılması yolu ilə deyil, birbaşa maliyyələşdirmə vasitəsilə özəl sektorda layihələrin daha fəal identifikasıyasını aparmağa çağırıb.

Nazir müavininin sözlərinə görə, Qara dəniz ticarət və inkişaf bankı kredit resurslarının alınması üçün üzv-ölkələrə limit qoymur. Lakin bankda bir layihə üçün maksimal limit var və bu, 25 mln. ABŞ dolları təşkil edir, lakin QTİB sindikatlaşdırılmış maliyyələşdirmə üçün kənardan resurs cəlb edə bilər.

Xəbər lenti

Xəbər lenti