...

2007-ci il üçün dövlət investisiyalar proqramı Azərbaycan Nazirlər Kabinetinin təsdiqinə təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2007 10:39 (UTC +04:00)

Trend xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Nazirlər Kabinetinə 2007-ci il üçün dövlət investisiylar proqoamını təqdim edib. Nazirlər Kabinetinin tikinti, sənaye tikinti malları və tikinti industriyası şöbəsinin müdiri Şahin Salahov bildirib ki, yaxın vaxtlarda bu proqramın təsdiqi gözlənilir.

Onun sözlərinə görə, bu il kapital qoyuluşlarına büdcə vəsaitlərinin praktiki olaraq iki dəfə artırılması gözlənilir. Əgər 2006-cı ildə bu məqsədlə 880 mln. manat ayrılmışdısa, 2007-ci ildə dövlət büdcəsində dövlət investisiyalarına 1547 mln. manat ayrılıb. Ümumilikdə sənayenin inkişaf etdirilməsi və tikinti fəaliyyətinə dəstək məqsədilə 1569 mln. manat nəzərdə tutulub.

Bu il büdcə vəsaitlərinin hesabına Zərifə Əliyeva adına oftomoloji mərkəzin genişləndirilməsinin maliyyələşdirilməsi planlaşdırılır, bunun üçün 12 mln. manat ayrılacaq. Heydər Əliyev adına Respublika Sarayının və digər obeyktlərin təmiri üçün - 18,7 mln. manat, yolların tikintisi və təmiri üçün - 272 mln. manat, su sisteminin yaxşılaşdırılması məqsədilə -52 mln. manat, melorasiya sisteminin yaxşılaşdırılması üçün - 70 mln. manat, qazlaşdırma üçün - 24,3 mln. manat, enerji təchizatının yaxşılaşdırılması üçün - 180 mln. manat, Lənkəran və Zaqatalada aeroportların tikintisinin başa çatdırılması üçün - 25 mln. manat, yeni metro xətlərinin tikintisinə, eləcə də yeni vaqon və avadanlıqların alınması üçün - 34,8 mln. manat, Bakıda tarixi abidələrin təmiri və paytaxtın abadlaşdırılması üçün - 66,8 mln. manat ayrılacaq.

2007-ci il Dövlət büdcəsində Nəqliyyat Nazirliyi üçün 98 mln. manat həcmində məqsəd fondu yaradılıb ki, bu avtomobil yollarının yenidən qurulması üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti