...

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi icarə haqqlarının ödənilməsi sisteminin tətbiqini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 18:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bağlanmış icarə müqavilələri üzrə hüquqi və fiziki şəxslər tərəfindən icarə haqqalırının dövlət büdcəsinə ödənilməsinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın və operativliyin daha da artırılması məqsədilə yeni ödəniş sisteminin tətbiqinə başlayıb.

Dövlət Komitəsinin məlumatına əsasən, bu sistemin mahiyyəti və onun əhəmiyyətinin izah edilməsi məqsədilə komitədə dövlət əmlakının icarəçiləri ilə görüş keçirilib. İcarəçilərin diqqətinə yeni sistemin tətbiqi, iş prinsipləri və üstün cəhətləri çatdırılıb. Artıq icarəçilər vaxtlarına qənaət etməklə, icarə müqaviləsinin kodunu banklar, onların yerli filialları və ya ödəmə məntəqələrinə təqdim etməklə icarə haqları barədə müvafiq məlumatlar əldə edə və icarə haqqını ödəmək imkanlarından yararlana bilər.

İcarə haqlarının yeni sistemlə ödənişi zamanı hər hansı bir ödəniş qəbzinin doldurulması tələb olunmur. Həmçinin ödəniş zamanı bank tərəfindən icarəçilərdən xidmət haqqı alınmır.

Xəbər lenti

Xəbər lenti