...

Bakıda nəqliyyat üzrə Azərbaycan-Koreya işçi qrupunun görüşü keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu gün Nəqliyyat Nazirliyində nəqliyyat sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Koreya işçi qrupunun görüşü keçiriləcək. Bu barədə məlumat Nəqliyyat Nazirliyindən verilib. Görüş zamanı əməkdaşlıq, ikitərəfli əlaqələrin inkişafı və gücləndirilməsi barədə müzakirələr aparılacaq.

Xatırladaq ki, ötən ayın sonunda Bakıda Transgeyt (Azərbaycan) və Daewoo (Cənubi Koreya) şirkəti arasında paytaxtın nəqliyyat sisteminin müasirləşdirilməsi üçün 1000 ədəd çoxyerli avtobusun alınması barədə müqavilə imzalanaıb. Bundan əlavə, Koreya şirkətləri Azərbaycanda avtomobil və dəmir yollarının tikintisi ilə də maraqlanır.

Xəbər lenti

Xəbər lenti