...

Era-Trans 2006-cı il üçün gəlirlərini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova/ Era-Trans sığorta şirkətinin 2006-cı il üçün illik gəliri 3 578,932 min manat olub. Bunun da 3 410,616 min manatı könüllü sığorta hesabına formalaşıb. Bazar ertəsi şirkətdən verilən məlumata görə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətdən məcburi sığortasından 69,044 min manat, qəzadan sığorta üzrə 527,569 min manat, yanğından sığorta üzrə isə 2,223 min manat vəsait yığılıb.

2006-cı ildə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətdən məcburi sığortasına görə ödənişlər 148,891 min manat təşkil edib. Bədbəxt hadisələrə görə 164,544 min manat, yanğından sığortaya görə 16,435 min manat, əmlak sığortasına görə 16,435 min manat, tibbi sığortaya görə 2,175 min manat vəsait ödənilib.

Xəbər lenti

Xəbər lenti