...

BMK və "Azərbaycan İnvestisiya Şirkəti" korporativ idarəetmə standartlarının tətbiqi üzrə memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 16:01 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) SC bu gün korporativ idarəetmə standartlarının tətbiqi üzrə "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalayıb.

Azərbaycanda korporativ idarəetmə layihəsi çərçivsəində AİŞ əməkdaşları üçün treninqlər keçiriləcək, AİŞ-in investisiyalaşdırdığı şirkətlərlə bu məsələlərlə bağlı məsləhətləşmələr aparılacaq.

Memorandum çərçivəsində korporativ idarəetmənin ümumi inkişaf sahəsi üçün metodologiyanın hazırlanması, həmçinin AİŞ-in potensial müştəriləri olan şirkətlərdə korporativ idarəetmənin qiymətləndirilməsi nəzərdə tutulur.

BMK layihəsinin meneceri Çarlz Kanfildin sözlərinə görə, bu əməkdaşlığa qoşulan bütün tərəflər xeyir əldə edəcək. "AİŞ-lə əməkdaşlıq BMK-ya Azərbaycanda korporativ idarəetmə işində kömək edəcək", - deyə o bildirib.

Şirkətin qiymətləndirilməsində əsas kriteriya kimi korporativ idarəetmənin vəziyyəti götürüləcək.

"İnvestisiya almaq arzusunda olan şirkətlər korporativ idarəetmənin yaxşılaşdırılmasında maraqlı olacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti