...

GUAM dövlətləri multimodal daşınmalar üzrə müqavilə imzalamaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 12:37 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu gün Bakıda GUAM ölkələri nəqliyyat ekspertlərinin iclası işinə başlayıb. Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovun çıxışında bildirilib ki, GUAM-ın bütün iştirakçı ölkələri TRACECA nəqliyyat dəhlizinin iştirakçılarıdır.

Qarşıdakı görüşlərdə bu ölkələrdən keçən nəqliyyat dəhlizlərinin işinin yaxşılaşdırılması məsələsinin müzakirəsi nəzərdə tutulub. İclasın gündəliyində ölkələrarası konteyner daşınmaları məsələsinin müzakirəsi də yer alıb.

Ekspertlərin iclasında həmçinin mültimodal daşınmalar üzrə GUAM ölkələri arasında hökumətlərarası müqavilənin hazırlanması planlaşdırılır.

Bütün sənədləri GUAM-ın qarşıdan gələn sammitinə hazırlamaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti