...

Basak Inam filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 16:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Basak Inam birgə sığorta şirkəti Naxçıvanda əlavə filial açacaq. Bu barədə bu gün Basak Inam şirkətinin sığorta üzrə eksperti Dövlət Səlimov məlumat verib.

Səlimovun sözlərinə görə, hazırda şirkətin Zaqatala, Beyləqan, Lənkəran, Xaçmaz, Gəncə və Bakıda filialları var.

1996-cı ildə yaradılmış Basak Inam müştərilərə 27 sığorta növü üzrə xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti