...

Gəncədə yeni şəhərcik salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncənin 3-cü mikrorayonu ərazisndə olan 17 hektar boş torpaq sahəsində yeni şəhərciyin salınması planlaşıdırılır. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bazar ertəsi keçirilən Şəhərsalma Şurasının iclasında məlumat verib. Onun sözlərinə görə, yeni salınması planlaşdırılan şəhərcikdə evlər bir-iki mərtəbəli olmaqla qırmızı kərpic və aqlaydan tikiləcək. Hazırda iş adamları ilə danışıqların aparıldığını deyən icra başçısı bildirib ki, Gəncədə aparılan hər bir tikilidə şəhərin qədimiliyi nəzərə alınmalıdır.

Şəhərsalma Şurasının iclasında həmçinin Gəncə Dövlət Dram Teatrının yeni binasının tikilməsi barədə də qərar verilib.

Tədbirdə şəhərin baş memarı Məmməd İbrahimov Gəncədə yeni tikiləcək iki hündürmərtəbəli binanın layihəsini içtimayət nümayəndələrinə təqdim edib. Layihə üzərində müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti