...

2007-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar 6,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Cari ilin birinci rübündə müəssisə və təşkilatlar bütün maliyyə mənbələri hesabına Azərbaycan iqtisadiyyatına 1180 mln. manat investisiya yatırıb ki, bu ötən ilin anoloji dövrilə müqayisədə 6,6 faiz çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təmir - tikinti işlərinə yönəldilmiş investisiyaların həcmi 592 mln. manat təşkil edib.

Xarici investisiyanın xüsusi çəkisi 52,1 faiz təşkil edib. Müvafiq olaraq ümumi investisiyanın 47.9 faizi daxili investisiyaların payına düşüb.

Özəl sektorda tikinti işlərinə qoyulan investisiyalar ötən illə müqayisədə 37,7 faiz artıq olub. İstehsal yönümlü müəssisələrin tikintisi üçün 1017,2 mln. manat (86,2 faiz) investisiya ayrılıb.

Birinci rüb ərzində Regionların sosial iqtisadi inkişaf Proqramı çərçivəsində yeni istehsal və sosial yönümlü obyektlər yaradılıb. Birinci rübdə Bakıda enerji təchizatının yaxşılaşdırılması üçün modul tipli elektrik stansiyası, yol nəqliyyatı üçün körpü istismara verilib, müxtəlif regionlarda ümumilikdə 190,6 min kvadrat metr ərazini əhatə edən 19,2 min rəqəmli telefon stansiyası quraşdırılıb.

Ümumi investsisiya həcmindən 80,4 faiz müəssisə və təşkilatların vəsaitləri, 2,4 faiz bank kreditləri, 11,2 faiz büdcə vəsaitləri, 2,4 faiz vətəndaşların şəxsi imkanları, 3,6 faiz isə digər vasitələrin payına düşüb.

Xəbər lenti

Xəbər lenti