...

Azərbaycanda işsizliyin səviyyəsi 7,7% təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/Azərbaycanda işsizliyin səviyyəsi 7.7 faiz, iş qabilliyyətlilərin sayı isə 4 mln. nəfər təşkil edir. Bunu şənbə günü əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

"Ölkədə işsizlər olub və olacaq da. Bu ölkədə bazar iqtisadiyyatının vəziyyəti və bazarda keyfiyyətli işçi qüvvəsinə görə gedən mübarizə ilə bağlıdır",-deyə o bildirib.

Nazirliyin hesablamalarına görə, Azərbaycanda 1 mln. 300 min nəfərdən çox adam işləyir və təqribən 200 dollar orta aylıq əmək haqqı alır.

Nazir həmçinin xarici ölkələrdən xarici işçi qüvvəsinin də immiqrasiyasının gücləndiyinin müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, hər il Azərbaycan bazarına 150 min gənc çıxır ki, onların da 90 min nəfərinin xüsusi təhsili yoxdur. Bu göstəriciləri nəzərə alaraq, hökumət hazırda xüsusi təhsil sahəsində proqram hazırlayır.

2005-ciu ildə ölkə əhalisinin məşğulluğu siyasəti qəbul olunub. Yaxın 10 gün ərzidə isə bu siyasət əsasında hazırlanmış Dövlət Proqramının qəbul ediləcəyi gözlənilir. Bu proqram əmək bazarının inkişafına yardım edəcək.

Xəbər lenti

Xəbər lenti