...

Səfir: "Belarus Azərbaycandakı sərgidə iqtisadi potensialını təqdim edəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 14:42 (UTC +04:00)
Səfir: "Belarus Azərbaycandakı sərgidə iqtisadi potensialını təqdim edəcək"

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/2-5 may tarixində Bakıda keçiriləcək Belarus məhsullarının birinci milli sərgisində təxminən 180 müəssisə təqdim olunacaq. Bu barədə cümə günü mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib.

1000 kvadtrat metrdən çox sahədə yerləşəcək sərgidə kənd təsərrüfatı, maşınqayırma, cihazqayırma, mebel istehsalı, ağac emalı, elmi-texniki sənaye məhsulları təqdim olunacaq.

Sərginin açılışında iştirak etmək üçün Bakıya baş nazir Andrey Kodakovun başçılığı altında Belarus hökuməti nümayəndələrinin səfəri gözlənilir. Bu barədə səfir məlumat verib.

Nümayəndə heyətinə həmçinin Belarusun işgüzar dairələrinin nümayəndələri də daxil olacaq.

Səfirin məlumatına əsasən, sərgi çərçivəsində iki ölkənin müəssisələri arasında bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti