...

Azərbaycan prezidenti biznes sahəsində problemlərin aradan qaldırılması barədə fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2007 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Aprelin 30-da Azərbaycan prezidenti sahibkarlığın inkişafı, xüsusilə də biznes sahəsində mövcud problemlərin aradan qaldırılması barədə fərman verib. Fərman xüsusilə müəyyən hallarda sahibkarlığa bürokratik əngəllər yaradan biznesə başlamaq üçün çoxpilləli prosedur, icazə alma sisteminin çətinliyi və bu prosesin uzanmasını əhatə edir.

Bu mənfi alillərin aradan qaldırılması, sahibkarlığın inkişafı prosesinin sürətləndirilməsi və daha münasib biznes mühitinin yaradılması məqsədilə Nazirlər Kabinetinə vahid kodlaşdırmanın tətbiqi ilə sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" (vahid qeydiyyat orqanı) prinsipinə uyğun təşkilinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

Torpaq sahələrinin ayrılması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi, o cümlədən inşaat pasportunun hazırlanması, tikintinin ekspertizadan keçirilməsi prosedurları sadələşdirilməli və bununla əlaqədar müddətlər azaldılmalıdır.

Azərbayacanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin rəisi Samir Nuriyevin sözlərinə görə, bu fərman Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə "Doing Business: İslahatları necə keçirmək" hesabatında (Ölkədə biznes üçün əverişli vasitələr üzrə reytinq hesabatı) Azərbaycanın reytinqinin yaxşılaşdırılmasına yardım edəcək.

Son hesabatlarda Azərbayacan biznes mühitinə görə beynalxalq reytinqdə 2007-ci ildə 99, 2006-cı ildə 100-cü yeri tutub.

"Bu Azərbaycanın qısa müddətdə həll etmək öhdəliyi götürdüyü 10 parametrdən ikisidir. Təxirəsalınmaz tədbirlər sırasında əsas diqqət yeni sahibkarların yaranmasına səbəb olan qeydiyyat sisteminin təkmilləşdirilməsinə yönələcək".-deyə Nuriyev bildirib.

Xəbər lenti

Xəbər lenti