...

Azərbaycanın Dövlət Baytarlıq Xidməti Bakıda keyfiyyətsiz ət satışı ilə bağlı məlumatları təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bəzi KİV-lərdə Gədəbəydən Bakıya keyfiyyətsiz ətin gətirilməsi ilə bağlı yer almış məlumatları təkzib edib.

Xidmətin yaydığı xəbərdə bildirilir ki, Azərbaycanın bölgələrində, o cümlədən Gədəbəydə epizootik durum sabit kimi dəyərləndirilir. Ölkədə müxtəlif xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilir.

"Son aylarda Gədəbəydən Bakının bazarlarına ət gətirilməyib" - deyə məlumatda qeyd olunub. Baytarlıq Xidməti əhalini KİV-lərdə yayılan bu cür informasiyalara inanmamağa çağırır.

Xəbər lenti

Xəbər lenti