...

Naxçıvanda "Gəmiqaya meyvə məhsulu kompleksi" müəssisəsinin sexləri istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend İ.Nəsib/ Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramına əsasən, Naxçıvanda "Gəmiqaya meyvə məhsulu kompleksi" müəssisəsinin meyvə şirələri, konsentratlar və şərab istehsalı, eləcə də qoz və badamın qablaşdırılması sexləri istismara verilib.

İlkin mərhələdə müəssisənin ştatı 45 nəfər olacaq. Texnoloji avadanlıq İtaliya və Birləşmiş Ştatlardan gətirilib. Meyvə şirələri və konsentratların illik istehsalat gücü 7200 ton, şərabın isə 500-600 ton təşkil edir.

3143 kv.m-lik ərazini əhatə edən kompleksin tikintisi üçün dövlət büdcəsindən 3,96 mln. manat xərclənib.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kv.m-dir. Öz növbəsində bu, Azərbaycan ərazisinin 6,4 faizini təşkil edir. Naxçıvan Muxtar Respublikası 7 administrativ rayondan (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli) ibarətdir. Muxtar respublikanın əhalisinin sayı 380,2 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti