...

Bakı və Varşava Fond birjaları üzunmüddətli əməkdaşlıq haqqında memorandum imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xalilova / Bakı Fond Birjası (BFB) ilə Varşava Fond Birjası (VFB) arasında uzunmüddətli əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə cümə axşamı BFB-nin yaydığı məlumatda göstərilib.

Sənədin imzalanması BFB-nın İdarə Heyətinin sədri Xəyal Abdinovla VFB-nın prezidenti Lüdvik Sobolevski arasında 2007-ci il 30 mart tarixində görüşdən sonra mümkün olub. L.Sobolevski Bakıya Polşa prezidenti Lex Kaçinskinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin tərkibində gəlmişdi.

Memoranduma əsasən, tərəflər hər iki ölkənin fond bazarlarının inkişafı və inteqrasiyası məqsədilə informasiya və təcrübə mübadiləsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Varşava Fond Birjası Mərkəzi və Şərqi Avropa regionunun ən nəhəng fond birjalarından biridir. 2007-ci il 5 iyun tarixinə olan məlumata görə, VFB-da 298 şirkət (bunlardan 14-ü xarici şirkət olmaqla) listinqdən keçib. İlin əvvəlindən isə birjanın ümumi dövriyyəsi 300 mlrd. ABŞ dollarını ötüb.

Xəbər lenti

Xəbər lenti